Ağdaşda “Mercedes” yanıb
Ağdaşda “Mercedes” yanıb kül oldu
Ağdaşda “Mercedes” yanıb. Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə zamanı avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Xəsarət alan olmayıb.
Cəmiyyət12.07.2026 12:04

