Abşeron yarımadası
Bu ərazilərdə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatında qeyd edilib. Quba və Qusarda arabir yağış yağır. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.
Cəmiyyət25.09.2026 19:31
Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i üçün Bakı və Abşeron yarımadası, eləcə də ölkənin bir sıra bölgələri üzrə sarı xəbərdarlıq elan etməsi yay mövsümündə güclü küləklərin nə dərəcədə adi hala çevrildiyi sualını yenidən gündəmə gətirib. Sfera.az xəbər verir ki, Xidmətin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar,
Cəmiyyət15.08.2026 08:43
Nazirlik küləklə bağlı XƏBƏRDARLIQ ETDİ - Dənizə GİRMƏYİN
Küləkli havada dənizə girmək təhlükəlidir. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Cəmiyyət06.08.2026 11:46
Bu bölgələrdə yağış və dolu gözlənilir
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
Cəmiyyət09.07.2026 18:07
Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcə olmaqla iyunun 20-də Culfada qeydə alınıb. Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, bu ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub: "Orta aylıq temperatur 24 dərəcə isti olub və bu da iqlim normasından 1 dərəcə yuxarıdır. Bakı və Abşeron
Gündəm01.07.2026 20:35





