“112” qaynar telefon xətti
Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı
Bakıda 2 nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az -a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb. “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Hadisə19.09.2026 18:34
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş
Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb. Sfera.az bildirir ki, dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi idi. Qeyd edək ki, avqustun 2-də Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil
Hadisə06.08.2026 13:08
Zabratda təkər tullantıları yığılmış sahədə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Sfera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. "Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Hadisə21.07.2026 18:45



