Süveyş böhranından sonra gözlər Azərbaycanda - “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin əhəmiyyəti artdı

Süveyş böhranından sonra gözlər Azərbaycanda - “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin əhəmiyyəti artdı
2021-ci ilin martın 23-də böyük yük gəmisinin quruya oturması nəticəsində Süveyş kanalında hərəkətin dayanması dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirib.

 

 

Sfera.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.


 

Millət vəkili hesab edir ki, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi "Şimal-Cənub” Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq.

 

 

Qeyd edək ki, "Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən həyata keçirmək mümkün olmur. Bu layihə Hindistandan ticarət yüklərinin Fars körfəzinə gətirilərək oradan İran üzərindən keçməklə Azərbaycana, sonra Rusiyaya, daha sonra şimali Avropaya, eyni zamanda əks istiqamətdə çatdırılmasını nəzərdə tutur. Layihənin Rusiya və Azərbaycan hissəsi tam hazırdır. Amma İrandan keçən hissəsini yekunlaşdırmaq mümkün olmayıb. Bunun səbəbi İrana qarşı sanksiyaların tətbiq edilməsi və İran hökumətinin investisiya imkanlarının zəifləməsidir.

 

 

"Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsi Azərbaycan üçün də əhəmiyyətlidir. Nəqliyyat Dəhlizi layihəsi 2000-ci ilin sentyabrında İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə hazırlanıb. Bu layihənin reallaşdırılmasında mühüm rol oynayan ölkələrdən biri Azərbaycandır.

 

 

Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran), sonra Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

 

 

Hazırda Hindistandan göndərilən yüklər Şimali Avropaya çatdırılması üçün uzun yol qət edir. Yüklər Süveyş kanalından keçməklə Avropaya çatdırılır. Yolun uzun olması səbəbindən yüklərin çatdırılması vaxtı 45, bəzən 60 gün çəkir. Şimal-Cənub dəhlizi işə düşəndən sonra isə yüklərin 14, ən geci 20 gün ərzində Şimali Avropaya çatdırılacağı gözlənilir.

 

Gələcəkdə Şimal-Cənub dəhlizinin əhəmiyyəti bir qədər də artacaq. Çünki Hindistan sürətlə inkişaf etməkdə olan ölkədir və bu ölkənin ixracında davamlı artım var. 2019-cu ilin məlumatına əsasən Hindistan 530 milyard dollarlıq ixrac həyata keçirib. 2007-ci ildə Hindistanın ixracı 153 milyard dollar, 2017-ci ildə 303 milyard dollar təşkil edirdi. Bu ölkə ixracını sürətlə artırır və dəhlizin işə salınması Azərbaycan üzərindən yükdaşınmasının həcmini artıracaq.

 

Gözlənilir ki, ABŞ-da demokratların hakimiyyətə gəlməsi "Şimal-Cənub” Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsinə imkan yarada bilər. ABŞ-ın yeni prezidenti, demokrat Cozef Bayden andiçmə mərasimindən sonra bəyan edib ki, İrana qarşı sanksiyalar yumşaldıla bilər. Sanksiyalar yumşaldılarsa, İranın dollarla əməliyyatlar aparmasına, xaricdən kredit cəlb etməsinə, satdığı neft və qazın pulunu bank sistemi vasitəsilə əldə etməsinə imkan yaradacaq. Bu vəziyyətdə İranın region üçün böyük əhəmiyyət daşıyan dəmir yol xəttinin tamamlanmasına nail olacağını gözləmək olar.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...