Şuşaya səfərlə bağlı spekulyasiyalara aydınlıq gətirildi - "Hər şənbə və bazar 100 nəfər..."

Şuşaya səfərlə bağlı spekulyasiyalara aydınlıq gətirildi -
"Şuşa ilə bağlı bəzi hallarda yalnış məlumatlar verilir, hərdən isə açıq-aşkar spekulyasiyalara yol verilir”.
 
Sfera.az bildirir ki, bunu tanınmış jurnalist və blogger Azər Qərib deyib. Onun sözlərinə görə, Şuşaya seçmə şəxslərin getməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir:

"Hər şənbə və bazar günü Şuşaya səfərlər təşkil edilir - təxminən 100 nəfər şənbə günü və bir o qədər də bazar günü. Kimlər gedir? Müxtəlif təşkilatların, qurumların, idarələrin, təbəqələrin, partiyaların, birliklərin nümayəndələri. Yəni, "yalnız tanınmışlar gedir" deyənlər yalan deyirlər. Məsələn, mən orada olanda 10 avtobusla şuşalılar gəldi, əsasən ağsaqqallar və ağbirçəklər.

"Şuşaya getmək üçün pul istəyirlər” kimi fikirlər də yalandır. Bütün xərcləri dövlət öz üzərinə götürüb, avtobuslar ayrılır. Bir dəfə ora gedəndə, bir dəfə də geri dönəndə yolüstü restoranların birində hamıya yemək verilir.  Heç kim, heç bir ödəniş etmir. Bu, mümkün də deyil, kimə verəcəksən pulu? Hər bir gedən haqda məlumat əvvəlcədən xüsusi portala yüklənir və yolda hər postda hərbçilər və polis vəsiqələrə baxıb portalda icazənin olub-olmamasını yoxlayır”.
 
Blogger Şuşada rus əsgərlərinin olduğu ilə bağlı iddiaları da təkzib edib:

"Şuşada bir nəfər də olsun rus əsgəri yoxdur.  İsa bulağı isə, bildiyiniz kim Şuşadan aralıdır və ora getmək üçün gərək Şuşadan çıxıb Laçın koridoru dediyimiz yolu aşasan. Ona görə Şuşadan çıxıb İsa bulağına gedəndə onların postundan keçirsən, yolun bir tərəfində bizimkilər durub, o tərəfində şimal qonşumuzun əsgərləri.  Amma heç bir yoxlanış yoxdur, sadəcə salamlaşıb keçirsən. İsa bulağında isə yalnız bizim ordumuz dayanıb.
 
"Şəhidlər həyatlarını qurban verdi, bunlar gedib orada kef çəkirlər” kimi fikirlər isə, sadəcə spekulasiyadır. Şəhidlər həyatlarını ona görə qurban verdilər ki, Şuşa yenidən dirçəlsin, Azərbaycanın mədəni paytaxtına yenidən musiqi, sevinc, dinamik həyat qayıtsın, orada tədbirlər keçirilsin, uşaqların gülüşü səslənsin, yeni salınan məktəblər şagirdlərlə dolsun. Heç kim  heç vaxt şəhidləri və qaziləri unutmayacaq. Onların sayəsində Şuşa evinə qayıdıb, amma onlar heç vaxt istəməzdilər ki, Şuşa matəm şəhəri olsun”.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?

"Azərbaycanda ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtah...

İlham Əliyev şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar...

Bu şəxslər oktyabrın 1-dən 200 manatdan 5 min manatadək cərimə oluna bilər - VİDEO

Oktyabr ayının 1-dən reydlər zamanı taksi sürücülərində COVID-19 pasportu olmazsa, onları hansı cəzanın gözləməsi böyük maraq doğurur. Sfera.az xəbər veri...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər ...

Azərbaycanda internet qiyməti ucuzlaşdı, sürət çoxaldı - ŞAD XƏBƏR

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məq...

Yeni tədris ili bağlı Təhsil Nazirliyindən VACİB AÇIQLAMA: İlk dərs...

Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.    Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sfera.az...