Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik

Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik
"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Həmin yolları ermənilər 27 il ərzində pis vəziyyətə salıblar. Ermənilər işğal altındakı yaşayış məntəqələrini alt-üst etdiyi kimi yolları da yararsız vəziyyətə salıblar".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ikinci texniki dərəcəyə uyğun yeni yol salınır: "Yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Bu avtomobil yolu 1 gediş, 1 gəliş olmaqla iki geniş hərəkət zolağından ibarət olacaq”.

A.Nəcəfli qeyd edib ki, Tərtərdən Suqovuşana qədər torpaq işləri, demək olar ki, yekunlaşıb: "Yeni yol yatağı və yol əsası inşa edilib. Buna paralel olaraq hazırda Suqovuşandan Talış istiqamətində də olan yolun tikinti işləri həyata keçirilir. Bu istiqamətdə torpaq işləri görülür, yolun yatağı hazırlanır. Daha sonra yollara asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. İşlər çox sürətli aparılır. İşlər iki hissədə, Tərtərdən Suqovuşana, Suqovuşandan Talış istiqamətində aparılır, iki böyük briqadamız çalışır. Əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib ki, qısa müddətdə işləri yekunlaşdıra bilək. Bu əraziyə təkcə Tərtər şəhərindən deyil, alternativ olaraq Naftalan şəhərindən də daxil olmaq məqsədilə gələcəkdə Talış kəndindən Goranboyun Tap Qaraqoyunlu kəndinə yeni yolun inşa edilməsi planlaşdırılır. Bununla da Naftalan şəhərindən Tap Qaraqoyunlu kəndindən keçməklə Talış, Suqovuşan istiqamətində də hərəkət etmək mümkün olacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.///Report

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...