Süni qida məhsullarının istehsalı və idxalına dair tələblər sərtləşdirildi

Süni qida məhsullarının istehsalı və idxalına dair tələblər sərtləşdirildi
Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasında süni qida məhsulları istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsullar ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınacaq. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlərin istehsal etdiyi və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilməmiş süni qida məhsullarının Azərbaycan Respublikasına idxalı qadağandır. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında süni qida məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

Süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur

  "Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbi...

Manat bolluğu dollara tələbi yenidən artırır - TƏHLİL

2020-ci ilin mart ayındakı dollar ajiotajından sonra ölkədə həm mart, həm də apreldə ciddi manat qıtlığı yaranmışdı. Martda pul bazasının həcmi 2,045 milyard ...

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

 Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. &n...

Kapital Bank biznesə başlamaq üçün daha 30 nəfərə dəstək göstərib

  Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam ...

Deputat: "SOCAR-ın rentabelli olmayan sahələrində optimallaşdırma aparıla bilər"

  Dünyada yaşanan iqtisadi böhran bir çox şirkətlərin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Hətta dünyanın nəhəng şirkətləri xərclərini azaldacaqların...

İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 7 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, iyulun 7-də olan...