“Sumqayıt”ın futbolçusu “Traktor Azərbaycan”a keçir? - Açıqlama

“Sumqayıt”ın futbolçusu “Traktor Azərbaycan”a keçir? - Açıqlama

"Traktor Azərbaycan” klubunun "Sumqayıt”ın futbolçusu Murad Xaçayevi transfer etmək istəməsi ilə bağlı fikirlər yayılıb.

 

"Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov "Yeni Sabah”a açıqlamasında Təbriz klubundan klubundan heç bir təklif almadıqlarını, Xaçayevi özlərinin də saxlamaq istədiklərini bildirib:

 

"Heç bir futbolçumuzla bağlı bizə təklif olunmayıb. Murad Xaçayev isə "Şaxtyor"a məxsusdur, bizdə icarə əsasında oynayır. "Şaxtyor"la danışıq aparırıq, onu daha 1 illik icarəyə götürmək istəyirik. Xaçayev istəyir, ya istəmir, açığı bundan məlumatsızam”.

 

R.Məmmədov Nicat Qurbanovun "Sumqayıt”a qayıtması ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

 

"Nicat Qurbanov formada qalmaq üçün müvəqqəti olaraq bizimlə məşq edir. Amma onun "Sumqayıt"la müqavilə imzalaması gündəmdə deyil. Yəni, Nicat gələn mövsüm bizdə olmayacaq”.

 

OXŞAR XƏBƏRLƏR