Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı olub – FOTO

Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı olub – FOTO
2021-ci il martın 6-da Sumqayıtda ilk "McDonald’s” restoranının açılışı baş tutub. Bunun sayəsində, 60 Azərbaycan vətəndaşı işlə təmin olunub.

Sfera.az xəbər verir ki, restoran Sülh küçəsi, Baxça Şəhər yaşayış kompleksi, bina 16A ünvanında yerləşir.

Burada müştərilərə sürətli və keyfiyyətli yerində xidmətlə yanaşı, həmçinin maşını tərk etmədən sifariş vermə, ödəmə və sifarişi qəbul etmə kimi rahat imkanlar yaradan MakAvto xidməti də göstəriləcək.

Yeni açılmış "McDonald’s” restoranında həmçinin Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Sifariş vermənin bu rahat üsulundan faydalanan qonaqlar sensor ekrandan istifadə etməklə sifariş verə, ödənişi isə sifarişi qəbul edərkən bank kartı və ya nağd şəkildə həyata keçirə bilirlər.

Tezliklə Sumqayıtda "McDelivery” xidməti də göstəriləcəkdir. "McDonald's” restoranlarında göstərilən bu xidmət sifarişin qapıya çatdırılmasını nəzərdə tutur. Sumqayıtda açılmış restoran "McDonald’s” restoranlar şəbəkəsinin mart ayı ərzində Azərbaycanda açdığı ikinci məkan oldu.

Belə ki, martın 2-də paytaxtın Binəqədi rayonunun Şövkət Məmmədova küçəsi 2 ünvanında yeni "McDonald’s” restoranı açılmışdır. Burada müştərilərə yerində xidmət, həmçinin MakAvto və "McDelivery” xidmətləri göstərilir.

Qeyd edək ki, yeni "McDonald’s” restoranlarının açılması yeni iş yerlərinin yaradılması deməkdir.

1news.az agentliyi "McDonald’s Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Emil Hüseynovdan şəbəkənin yeni restoranlarında neçə iş yerinin yaradılması ilə maraqlanıb.

"Koronavirus pandemiyası ilə bağlı vəziyyətin çətinliyinə baxmayaraq, şirkətimiz inkişaf etməkdə və Azərbaycan ərazisində yeni restoranlar açmaqda davam edir. Ötən həftə ərzində Bakının Binəqədi rayonu və Sumqayıt şəhərində olmaqla 2 yeni restoran açılmışdır. Xüsusilə vurğulamaq istərdim ki, bu, "McDonald’s” şirkətinin Sumqayıtda ilk restoranıdır. Məmnunuq ki, restoran açmaqla bu şəhərdə infrastrukturun inkişafının bir parçasına çevrilirik”, - deyə E.Hüseynov bildirib.

Yeni iş yerlərinə gəlincə, o bildirib ki, 2 yeni restoranın açılması ilə 120 yeni iş yeri yaradılmışdır: "Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, ölkədə artıq 20-dən çox restorana malik "McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 1400-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir”.

Ümumilikdə "McDonald’s” şirkətinin fəaliyyəti barədə danışan İctimaiyyətlə əlaqələr üzrə direktor qeyd edib ki, şəbəkə yerli istehsalçılar və tədarükçülərlə əməkdaşlıq etməklə Azərbaycanda qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir, həmçinin paralel olaraq, işlədiyi cəmiyyətdə sosial təşəbbüslər həyata keçirir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...