“Sülhməramlılar Şuşa ətrafındakı texnikaya görə izahat verməlidir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

“Sülhməramlılar Şuşa ətrafındakı texnikaya görə izahat verməlidir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Sfera.az-a müsahibəsi:

- Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin ötən günkü iclasında çıxışı zamanı müttəfiq respublikalar arasında xəritələrin bir neçə dəfə dəyişdirildiyini deyib. Onun bu sözlərindən sonra sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi məsələsi gündəmə gəlib. Bu, mümkündürmü?
 
- Ümumiyyətlə, sərhədlərin demarkasiya və demlitasiyası texniki prosesdir. Bu istiqamətdə aparılan danışıqlar texniki xarakter daşıyır. Danışıqlarda xüsusi komissiya təşkil olunur və burada müxtəlif qurumların nümayəndələri iştirak edir. Bu nümayəndələr də demilitasiya və demarkasiya peoblemlərini çözməklə məşğul olur. Lakin bu prosesin başlanması üçün ilk olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması lazımdır. Ümumiyyətlə, bizdə delimitasiya və demarkasiya prosesi ilə bağlı yanlış təsəvvür formalaşıb. Bu prosesi başlamaq üçün Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanımalıdır. Hətta bu prosedurların reallaşdığını fərz etsək belə ortaya növbəti bir problem çıxır. Sərhədlərin demarkasiya və demilitasiya prosesi neçənci illərin xəritələri əsasında təyin ediləcək? Sualınızda qeyd etdiyiniz kimi, sərhədlərin demakrasiya və delimitasiyası üçün 1920-ci il xərtələri əsas götürülsə, görəcəyik ki, həmin xəritələrdə Zəngəzur və Göyçə mahalının bir hissəsi məhz Azərbaycan ərazisidir. Hətta bu ərazilər 1929-cu ilə qədər Azərbaycana məxsus olub. Sizcə, ermənilər bununla razı olar? Təbii ki, yox! Buna qarşı çıxacaqlarına əminəm. Bu baxımdan mən bu məsələdə bir çox problemlər görürəm.

- Qeyd etdiniz ki, sərhədlərin demarkasiya və demilitasiyası üçün ilk öncə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə rəsmi Bakı bunu onsuz da etməyə razıdır. Bəs, Ermənistan buna hazırdırmı?

- Çox eşitmişəm deyirlər ki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Mənsə belə düşünmürəm. Onlar bunu çox asanlıqla qəbul edəcəklər. Lakin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması problemi həll etməyəcək, əksinə mövqeyini təzələyəcək. Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycan ərazisinə heç bir iddiasının olmadığını deyib, ərazi bütövlüyümüzü tanıyacaq, daha sonra da qeyd edəcək ki,  biz "Artsax” xalqının öz müqəddəratını təyin etməsini istəyirik. Yəni praktik olaraq ermənilər bizim ərazi bütövlüyümüzü tanıyaraq sonrakı etapda yenidən ərazi bütövlüyümüzə hörmətsizlik edəcəklər.

Bütün bunları nəzərə alaraq, yekun sülh müqaviləsində Ermənistanın üzərinə öhdəlik götürməsini tələb etməliyik. Hansı ki, heç bir halda o bir daha "Artsax”, onun "müstəqilliyi” və s. kimi cəfəngiyyatlar səsləndirməyəcək.
 
- Paşinyan hökumətin iclasında deyib ki,  "Dəhliz məntiqi” ilə aparılan danışıqlar regionda gərginliyü daha da artırır. O, xatırladıb ki, üçtərəfli bəyanat regionda kommunikasiyaların açılmasını nəzərdə tutur...

- Birincisi, dəhliz məsələsi 10 noyabr bəyanatında öz əksini tapıb. Burada təkcə Zəngəzurdan bəhs edilmir, eyni zamanda Laçın dəhlizi ilə bağlı müvafiq bənd və öhdəliklər də var. Prinsip etibarilə erməniləri nəyin narahat etdiyini mən yaxşı bilirəm. Emrəniləri narahat edən odur ki, 10 noyabr bəyanatında Laçın dəhlizinin 5 il Rusiya sülhməramlılarında olması öz əksini tapıb. Rəsmi Bakı da bunu qəbul edib. Artıq bu öhdəliyin bir ilini geridə qoyuruq. Yəni 4 illik öhdəliyimiz var. Bəs, ermənilərin Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi? Bax, erməniləri narahat edən və Paşinyana "Dəhliz məntiqi” ilə aparılan danışıqlar regionda gərginlik yaradır ” cümləsini dedizdirən məqam budur. Ermənilərin Zəngəzur dəhlizi, Laçın dəhlizi kimi müddətlik deyil. Yəni rəsmi Bakı dəhlizdən müddətsiz istifadə edəcək.

O ki qaldı Paşinyanın bu sözlərinə, Ermənistan 44 günlük müharibədə məğlub olub, kapitulyasiya aktına imza atıb. Paşinyan dəhliz məntiqini qəbul etmirsə deməli, Laçın dəhlizində də rus sülhməramlılarının nəzarətini qəbul etmir. Rəsmi Bakı bunu əsas götürərək dəhliz üzərindəki nəzarəti hər an bərpa edə bilər.
 
- Son günlər qanunsuz erməni hərbi birləşmələrinin Şuşa yaxınlığına 100-ə yaxın hərbi texnika yığmasını əks etdirən görüntülər yayılıb. Texnikaların Şuşa ətrafında cəmləşdirilmə səbəbi nə ola bilər?

- Bu hadisədən Birgə Monitorinq Mərkəzinin, Rusiya sülhməramlılarının, eləcə də Ermənistan və Azərbaycan tərəfinin də məlumatı var. Mənə görə, texnikanın cəmlənməsi əslində onların evakuasiyadır. Ancaq düşünürəm ki, qeyd edilən texnikalar Şuşa ətrafında yox, laçın dəhlizinə doğru cəmlənəcək. Texnikaların aqibətinə gəldikdə isə hər halda rəsmi Bakı bunları sülhməramlılardan tələb etməlidir. Əgər texnikalar həqiqətən də qanunsuz erməni hərbi birləşmələrinə aiddirsə, bu zaman onlar qeyd-şərtsiz hərbi qənimət kimi bizə verilməlidir. Yox, əgər Ermənistan tərəfi iddia etsə ki, texnikalar onundur, bu zaman Rusiya sülhməramlıları həmin texnikanın bu vaxtadək Qarabağda nə üçün qaldığını izah etməlidir.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi: - Elman müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri ...

“YAP üzvlüklə bağlı mənə müraciət etməyib, elə mən də...” – Deputat Arzu Nağıyevlə MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Trend” İnformasiya Agentliyinin baş direktorunun keçmiş müavini, təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti, depu...

“Sülhməramlılar Şuşa ətrafındakı texnikaya görə izahat verməlidir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Sfera.az-a müsahibəsi: - Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin ötə...

Azərbaycanda 12-15 yaşlı nə qədər yeniyetmə peyvənd olunub? – RƏSMİ

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə bu gün də daxil olmaqla 36...

“Qarşılıqlı güzəştlər olmalıdır” – Keçmiş XİN rəhbəri Ermənistanın hava məkanımızdan istifadəsi haqda

Xəbər verdiyimiz kimi, ötən gündən "Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifad...

“İran əlində zəif kartlar olsa da, “xox” gələn qumarbaza bənzəyir” - MÜSAHİBƏ

Politoloq Qabil Hüseynlinin Sfera.az-a müsahibəsi. - Qabil bəy, İran-Azərbaycan münasibətlərində yaşanan soyuqluq artıq gərginlik sferasına keçir. Döv...