Süd və süd məhsulları BAHALAŞDI – Səbəb nədir?

Süd və süd məhsulları BAHALAŞDI – Səbəb nədir?
Əmtəə qiymətlərində müşahidə edilən yüksək artım süd və süd məhsullarına da keçib. 

Sfera.az bildirir ki, 2021-ci ilin ilk 4 ayı ərzində süd və süd məhsullarının qiyməti bütün aylarda artıb. Belə ki, illik müqayisədə süd və süd məhsullarında bahalaşma yanvarda 4,9 faiz, fevralda 6,5 faiz, martda 7,3 faiz, apreldə 9 faiz olub. 

Ümumumən, yanvar-aprel ayları ərzində süd və süd məhsullarında qiymət artımı 7 faiz təşkil edib. 

Müqayisə edilən dövrdə sterilizə olunan südün bir litrinin qiyməti 27 qəpik (13,5 faiz) artaraq 2,27 manata yüksəlib. Bu dövrdə xamanın kiloqramının qiyməti 60 qəpik artaraq 8 manata, qatığın qiyməti 15 qəpik (7,14 manat) artaraq 2,1 manata, şorun dəyəri 36 qəpik (12 faiz) artaraq 3,26 manata, kəsmik 50 qəpik (5,81 faiz) bahalaşaraq 9,1 manata çatıb. 

Tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin kiloqramı isə 1,1 manat artaraq 14,7 manata çatıb. 

Süd və süd məhsullarının bahalaşmasının davam edəcəyi gözlənilir. Buna əsas səbəb kimi dənli bitkilərin və yem kimi istifadə edilən digər məhsulların bahalaşması göstərilir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR