Yeni pandemiya xofu yaradan iddialar doğru deyil - Nipah virusu 1998-ci ildən bəri var

Yeni pandemiya xofu yaradan iddialar doğru deyil - Nipah virusu 1998-ci ildən bəri var
Ümumdünya Səhiyyə Təşkilatının yeni bir pandemiyanın anonsunu verdiyi barədə iddialar yayılıb. 
 
Sfera.az xəbər verir ki, Nipah adında yeni bir virusun ortaya çıxdığı və pandemiyaya çevriləcəyi iddia edilib. 

Lakin ÜST Nipah virusu haqqında belə bir xəbərdarlıq yaymayıb. Üstəlik, Nipah yeni bir virus deyil, 1998-ci ildən bəri var. İddia edilənin əksinə Nipaha ilk yoluxma da Çində yox, 1998-ci ildə Malayziya donuz fermasında aşkarlanıb. İndiyə qədər Çində nipah virusuna yoluxma qeydə alınmayıb. 

İddiaların mənbəyinin isə BBC komandasının təhdid yaradan altı xəstəlik və bu xəstəliklərin qarşısını almaq üçün görülən tədbirləri təhlil etdiyi məqalə seriyası olduğu təxmin edilir. Halbuki, BBC sadəcə ehtimal olunan təhlükə və problemlərdən bəhs edib.

Qeyd edək ki, Nipah virusu heyvanlardan insanlara, insandan insana, səthlərdən və qidalardan ötürülən RNA virusudur. Xəstəliyin öldürmə faizi deyildiyi kimi, 40 ilə 75 faiz arasında dəyişir. 

2009-cu il etibarilə Nipah virusuna yoluxaraq həyatını itirən insanların sayı 248-dir. Cəmi aşkarlanan xəstə sayı isə 477-dir.
 
ÜST uzun illərdən sonr ailk dəfə 2018-ci ildə Hindistanda yeni yoluxmaların aşkarlandığı bildirmişdi. Həmin ilin iyul yında Hindistanın Kerala əyalətində 19 yoluxma qeydə alınıb və bunlardan 17-si ölümlə nəticələnib. Bu açıqlamadan bəri ÜST yeni bir yoluxma bildirməyib.



OXŞAR XƏBƏRLƏR