ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”

ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”
"Omikron” ştamından qorunmaq üçün əsas diqqəti infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinləmənin əhatə dairəsinin genişləndirməyə yönəltmək lazımdır.

Sfera.az bildirir ki, bunu "Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O deyib ki, "Omikron” ştamının xəstəlik dövrü "Delta” ştamına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin "Omikron” ştamına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır.

"Görünür ki, buster dozanın olması müdafiəni gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”,- o əlavə edib.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etmək olmalıdır: "Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. "Omikron” ştamı "Delta” ştamına nisbətən daha sürətlə yayılır. Hətta peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər arasında da infeksiyanın ötürülməsi halları baş verib”.

ÜST-ün rəsmi nümayəndəsi deyib ki, yoluxma hallarının artması xəstəxanaya yerləşdirilmə hallarının artmasına səbəb olacaq, bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsinə və xüsusən də əhalinin həssas qrupları arasında ölüm hallarının artmasına gətirib çıxara bilər: "Xəstəliyin ağırlına gəlincə, "Omikron” ştamının daha çox narahatlıq doğuran digər ştamlarla müqayisədə nisbətən yüngül olduğunu göstərən sübutlar ortaya çıxır. Faktlar göstərir ki, "Omikron”a yoluxma zamanı xəstəxanaya yerləşdirilmə riski "Delta”ya yoluxma ilə müqayisədə daha aşağıdır. Xəstəliyin ağırlığı yaşa görə və digər xəstəliklərin olmasına əsasən dəyişir. Bu həm də peyvənd olunmamış şəxslərə aiddir”.

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...