Şöşüyə görə ofisant SAXLANILDI: Saxta dolları “çayavoy” verib

Şöşüyə görə ofisant SAXLANILDI: Saxta dolları “çayavoy” verib
 

Aparıcı-aktyor İlkin Həsənli verdiyi saxta pula görə vətəndaş saxlanıldı.

İlkin Həsənli  "sorğu-sual” yotube səhifəsinə verdiyi müsahibədə "Bozbaş pikçers”in çəkilişlərində ən yadda qalan hadisəni danışıb. 

"Serial çəkilişində saxta puldan istifadə edirdik. Bu saxta pulları (rubl, avro, dollar) rusiyadan almışdıq. Amma, bu pulların üzərində saxta olmasına dair bildiriş var idi. Bir gün  "Bozbaş pikçers”in çəkilişində bu pullardan istifadə etdik. Daha sonra restorana gəldik. Restoranda ofisant Ramil Babayevlə (Şöhrət) zarafatlaşdı. Bundan sonra Ramil ofisanta bildirdi ki, qardaş görürəm yumor hissin güclüdür. Yeməkdən sonra sənə "çayavoy” verəcəm. Ramil Babayev ofisanta "100 dollar” pul verdi. O, bunu götürmək istəmirdi, Ramil məcburən "pulu” ona verdi. Bundan sonra biz restoranı tərk etdik. Elə bildik ki, ofisant pula baxdıqdan sonra saxta olduğunu biləcək. Bir neçə vaxt keçdikdən sonra restoranın administratorundan mənə zəng gəldi. Dedi ki, ay qardaş siz neynəmisiz? Dedim, nə olub? Bildirdi ki, ofisantımız valyuta dəyişmə məntəqəsinə gedib. Sizin vediyiniz pul saxta olduğuna görə, onu saxlayıblar. Hadisə yerinə polis çağrılıb”. 

İlkin Həsənli  əlavə edib ki, təcili olaraq hadisə ilə bağlı "Exchange”in rəhbəri ilə danışıb: "Onlarla başa saldım ki, saxta pulu biz vermişik. Bundan sonra ofisant Ramilə zəng etdi.  Gülə-gülə dedi ki, bir-bir oldu”.


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...