Soyuq havada smartfonun şarjına belə qənaət edin

Soyuq havada smartfonun şarjına belə qənaət edin
Bəzən istifadəçi telefonunu tam şarj etsə də, şaxtalı havada sönməsi vəziyyəti ilə rastlaşır. Mütəxəssislər bunun səbəbləri ilə bağlı tövsiyələrini paylaşıblar.

Sfera.az xəbər verir ki, onların sözlərinə görə, soyuq havada telefonların sönməsinə səbəb katodun anoda (mənfi yükün müsbətə) keçid prosesinin pozulması ola bilər.

"Aşağı temperaturlar bu prosesdə litium ionlarının hərəkətini ləngidir. Telefon batareyadan lazımi enerjini almır. Buna görə smartfonlar daha tez boşalmağa başlayır və bəzən soyuqda sönür", - deyə mütəxəssislər bildiriblər.

Həmçinin smartfonun hazırlandığı material da onun sönməsinə təsir göstərir.

"Ən çox təsirlənən telefonlar alüminium korpuslu telefonlardır. Belə bir cihaz şüşə gövdəsi olan analoqundan daha sürətli donur. Bu mənada ən uğurlu seçim plastikdir. Belə smartfonlar -35 dərəcəyə qədər "dözümlüdür"", - deyə onlar bildiriblər.

Soyuq temperaturda batareyanın işləməsinə kömək etmək və şarjın tez bitməsinin qarşısını almaq üçün bir neçə ipucu da verilib.

"İlk olaraq cihazın işləmə müddətini uzatmaq üçün soyuq havada çölə çıxmazdan əvvəl telefon tam şarj edilməlidir. Smartfonu çantaya qoymaqdansa, gödəkçənin içəri cibinə qoymaq daha yaxşıdır. Telefona çexol taxılması tövsiyə olunur. Şaxtalı havada smartfonu çöldə 10 dəqiqədən artıq saxlamayın", - deyə mütəxəssislər bildiriblər.
 
Oxu.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu adamlar ailə saxlayan deyil - Tez-tez boşanan bürclər

İnsanlar fərqli xasiyyətlərə malik olduqları kimi hansısa mövzulara da başqa cür yanaşır, mövqe sərgiləyirlər. Ailə qurmaq və boşanmaq da fərqli baxış bucağı ya...

Bu əsərlərin içində dəhşətli sirlər gizlənib (SİYAHI)

Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onları dönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlar mövcuddur.  Sfera.az kulis....

Həlak olan hərbçimizlə bağlı yeni məlumatlar - FOTOLAR

Xəbər verdiyimiz kimi, yanvarın 22-də  Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qull...

Ömrü uzadan MƏHSULLAR

Alimlər insan həyatını uzatmağa kömək edən məhsulların adını açıqlayıb.  Sfera.az bu məhsulların siyahısını təqdim edir:  - Balıq  ...

İntim fotoları yayıldı, ruhi xəstə oğlunun ölümünü ondan gizlətdilər, “qoymayın ölüm” deyib imdad dilədi...

Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür. Sfera.az xəbər verir ki, Kulis.az bu münasibətlə bəstəkar haqqında 10 maraqlı faktı təqdim...

Cəzaçəkmə müəssisəsindən qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi?

İlk cinayət əməlini 1992-ci ildə törədən, ardınca eyni əmələ - oğurluğa görə məhkumluq həyatı yaşayan şəxs 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçıb. 19 il az...