Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır

Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
Söyüdlü-Zod qızıl yatağının əhəmiyyətli hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda ciddi iqtisadi təsir yarada bilər.

Sfera.az xəbər verir ki, bu sözləri erməni ekspertlər açıqlayıblar. Onlar bildiriblər ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yataqda işlər dayandırlııb. Əgər yaxın müddətdə fəaliyyət bərpa edilməzsə, Ermənistanda təxminən 6 min nəfər işsiz qala bilər.

Ekspertlər qeyd edib ki, Söyüdlü-Zod yatağı Ermənistanın dövlət büdcəsinə ən iri vergi ödəyiciləri sırasında 4-cü yerdə gəlir. Bundan öncə ekspertlər Söyüdlü yatağının Azərbaycan sərhədləri daxilində qalan hissəsinə görə Ermənistan büdcəsinin ildə 40 milyon dollar itirəcəyi haqda açıqlama vermişdi.

Ermənistan Müdafiə Nazirliyi isə sovet dövrünün xəritəsinə uyğun olaraq, Söyüdlü-Zod yatağının 74 faizinin Azərbaycanın sərhədləri daxilinə düşdüyünü təsdiqləyib. Bu qızıl yatağının ən məhsuldar hissəsi də Azərbaycan ərazisinə düşür. Buna görə də Ermənistan Kəlbəcər işğalda qaldığı müddətdə daha çox Azərbaycanın sərvətini talayıb.

Hazırda dəyərləndirmələr gedir və Azərbaycan sərvətinin talanmasına görə təzminat, eyni zamanda burdan çıxarılan qızıla görə Ermənistan büdcəsinə ödənən vəsaiti geri istəmək haqqına sahibdir. Erməni ekspertlərin sözlərinə görə, Ermənistan MN və Ermənistan XİN-in rəsmi açıqlama verərək, bu qızıl yatağının böyük hissəsinin Azərbaycan ərazisinə düşməsini təsdiqləməsi Bakının tələb etdiyi təzminatı ödəmək məsuliyyəti də yaradır. (Axar.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...