Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…

Azərbaycan şou-biznesinin məşhur simalarının gəliri təkcə toylardan və tədbirlərdən gəlmir. Onların bəziləri şəxsi biznesindən də gəlir əldə edirlər.

Sfera.az bizneslə məşğul olan şou nümayəndələrini təqdim edir:

Əməkdar artist Vasif Məhərrəmlinin kişi geyimlərinin satışı ilə məşğul olan mağazası var. İfaçı geyim mağazasına oğlunun adını verib.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Müğənni Xatirə İslam xınayaxdı mərasimlərinin təşkili ilə məşğuldur. Onun təklif etdiyi xidmətə bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışı daxildir.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Müğənni Xuraman Şuşalı da xına, ad günü, nişan mərasimlərinin təşkili ilə məşğul olur. Xanım ifaçı "Xuraman Şuşalı wedding events" adlı təşkilatçı şirkətin rəhbəridir.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Xalq artisti Murad Dadaşov "Cot’dAzur" adlı şirniyyat mağazasının sahibidir. Aktyor bundan əlavə MGP (M Group Production) prodüser mərkəzinin də yaradıcısı və rəhbəridir. MGP Azərbaycanın ən böyük və məhsuldar prodüser mərkəzlərindən biridir.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Müğənni Nüşabə Ələsgərlinin "Solmaz" adlı qadın gözəllik salonu var.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Aktyor Sərxan Kərəmoğlu isə bu yaxınlarda Mərdəkanda yerləşən "Xalça" adlı restoranının açılışını edib.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Azərbaycanın tanınmış əkizləri – müğənni Sevil və Sevinc Səfərova isə ötən ilin noyabr ayında "Mozarella Baku" adlı restoranlarının açılışını ediblər.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Rəqqasə Fatimə Fətəliyeva da xınayaxdı və tədbirlərin təşkilatçılığı ilə məşğuldur. Rəqqasə ""BANU Dekor wedding henna" adlı təşkilatçı şirkətin rəhbəridir.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Xalq artisti Müğənni İlqar Muradov məşhur "Fayton" restoranının sahibidir.

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…Rəqqasə, aktrisa Oksana Rəsulovanın film istehsalı ilə məşğul olan prodakşını var. 37 yaşlı rəqqasə "Oksi media" şirkətinin rəhbəridir. (yeni sabah)

Şoudan biznesə - Restoranlar, mağazalar, gözəllik salonları…

 


OXŞAR XƏBƏRLƏR