Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?

Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?
ATV kanalında yayımlanan "Birə-bir” verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər.

Sfera.az xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar.

Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.

Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:

"Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik”.

Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.

Müğənni Rəvan Qarayev isə "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm” sözlərini söyləyib.

Müğənni Səyyad Əlizadə: "Ansamblla birlikdə 5-6 min manatdır. Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik”,- deyə cavab verib.

Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib./Axşam.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...