Sosial yardım üçün müraciət edəcək şəxslərə ŞAD XƏBƏR

Sosial yardım üçün müraciət edəcək şəxslərə ŞAD XƏBƏR
 

Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.

Bu məqsədlə nazirlik tərəfindən yeni layihə hazırlanıb.Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əməkhaqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin, ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də, ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.

Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq, 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...