Sosial şəbəkə istifadəçiləri hərbi xəbərlərdə rəsmi mənbələrə əsaslanmalıdır - EKSPERT

Sosial şəbəkə istifadəçiləri hərbi xəbərlərdə rəsmi mənbələrə əsaslanmalıdır - EKSPERT
 Bu gün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməli, mənbə göstərməli yalnız rəsmi təsdiq olunmuş xəbərlərə əsaslanmalıdır.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli açıqlama verib. Ekspert döyüşlər zamanı əhalini ehtiyatlı olmağa, mənbəyi məlum olmayan informasiyalara inanmamağa çağırır: "Vacib olan məqamlardan biri də odur ki, hərbi əməliyyatlar və müharibə zamanı təkcə hərbçilər deyil, vətəndaşlar, o cümlədən kütləvi informasiya vasitələri də ayıq-sayıq olmalı və bu məsələlərlə bağlı diqqətli olmalıdırlar.

Hazırda hər kəsin əlində sanki bir informasiya portalı var. Onun adı "Facebook", "İntsagram" və digər sosial şəbəkələrdir. Bu dövrlərdə vacib məqamlardan biri odur ki, hər kəs həqiqəti əks etdirən, Azərbaycan dövləti və vətəndaşları üçün problem, ajiotaj yaratmayan informasiyaya üstünlük verməli, rəsmi informasiyalar üzərində öz işlərini qurmalıdır. Hər bir şəxs nəzərə almalıdır ki, panika yaratmaq olmaz".

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...