Hadİsə

SON DƏQİQƏ! Polis Bakıda əməliyyat keçirdi: SAXLANILANLAR VAR

SON DƏQİQƏ! Polis Bakıda əməliyyat keçirdi: SAXLANILANLAR VAR
 

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.


Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. (trend)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031