SON DƏQİQƏ: karantin rejimi UZADILDI - BU TARİXDƏK

SON DƏQİQƏ: karantin rejimi UZADILDI - BU TARİXDƏK
Rusiyanın paytaxtında koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb. 
Sfera.az Apa-ya istinadən verdiyi məlumata görə, bu barədə paytaxt meri Sergey Sobyanin bu gün fərman imzalayıb.
Özünü təcrid rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.
Moskva meri bu gün Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə iyun ayın 1-dən Moskva sakinlərində qrafiklə həftədə üç dəfə parklarda gəzintiyə çıxmağa icazə verilməsini təklif edib. O, bunun hələlik test rejimində həyata keçiriləcəyini bildirib.
Bununla belə, paytaxtda iyun ayın 14-nə kimi restoran, kafe, ticarət mərkəzləri və gözəllik salonlarının fəaliyyətinə icazə verilməyəcək.
Sobyanin iyunun 1-dən məişət xidməti göstərən müəssisələrin açılacağını bildirib.
Moskvada  ictimai yerlərdə məcburi maska və əlcəkdən istifadə rejimi gücləndiriləcək.
Qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının 28-dən mərhələli şəkildə özünütəcrid rejimi tətbiq olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumatlara görə, ölkə üzrə yeni növ virusa yoluxanların sayı 370 min 680 nəfərə çatıb

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...