Hadİsə

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO
 Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.
 

Sfera.az  apasport.az-a istinadla xəbər verir ki, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: "Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.


XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031