Solyaridə qaralmağı sevən qadın qulağını itirdi– Kuryoz olay

Solyaridə qaralmağı sevən qadın qulağını itirdi– Kuryoz olay
 Süni qaralmaya həddən artıq meyillilik İngiltərə sakini gənc qızı dəri xərçəngindən tutmuş qulağını itirmək həddinə kimi gətirib.

Sfera.az medicina.az-a istinadən bildirir ki, 44 yaşlı Antey Smit həftədə 3 dəfə salonda solyaridə qaralmağa gedirdi. Əsasən o, günəş çarpayısı adlı növdə uzanaraq qaralırdı.

"Mən buna vərdiş etmişdim və solyariyə getməyəndə özümü pis hiss edir, çölə çıxmaq istəmirdim"-deyə qadın bildirir

Uzun illərin solyari qəbulundan sonra Anteyin qulaq hissəsində dəri xərçəngi melanoma aşkarlandı. Şiş sürətlə sol qulağı cənginə aldıqda, qulağı bütünlükdə amputasiya etmək məcburiyyətində qaldılar.

İkinci əməliyyatda isə bütünlükdə sol qulaq ətrafı limfalar, daxili qulaq, tüpürcək vəziləri, kəllənin gicgah sümüyü çıxarılır.

İndi qadın çox peşmandır. BBC-ə verdiyi açıqlamada o bildirib ki, uşaqları və əri qarşısında özünü günahkar hesab edir. Bu bəlanı özüm həyatıma gətirdim.


OXŞAR XƏBƏRLƏR