Şok faktlar: İnsan bədəni necə ələ keçirilir? – Koronavirus

Şok faktlar: İnsan bədəni necə ələ keçirilir? – Koronavirus
Ötən il dekabr ayında Çinin Uhan şəhərində aşkar olunan koronavirus sürətlə dünyaya yayılır. Yeni tip virus bu günədək dünya miqyasında 6500-dən çox insanın həyatına son qoyub.
Bəs virus bədənə necə hücum edir? Niyə bəzi insanlar sağalır, bəziləri ölür?
İnkubasiya dövrü
Bu, virusun bədənə yerləşdiyi dönəmdir. Virus əvvəlcə hüceyrələrə yerləşir, daha sonra bunları ələ keçirir. Rəsmi adı "Sars-CoV-2” olan koronavirus nəfəslə və ya bu virusa yoluxmuş xəstənin üzümüzə toxunuşu ilə keçir. Bu, yoluxmuş şəxsin yanımızda öskürməsi ilə də baş verə bilər.
Virus əvvəlcə boğaz, tənəffüs yollarına və ağciyərlərə nüfuz edir. Qısa vaxtda bu nahiyələr "koronavirus fabriki”nə çevrilir. Yəni buralardan yayılan virus bədənin digər üzvlərinə də sirayət edir.
Bu ilkin mərhələdə xəstəlik özünü göstərmir. Hətta bəzi hallarda xəstəlik ümumiyyətlə özünü bəlli etmir. Amma ümumilikdə yoluxmanın inkubasiya dövründə xəstəlik ilk 5 gündə özünü göstərməyə başlayır.
Yüngül hallar
Koronavirusa yoluxma hallarının böyük bir hissəsi bu dönəmdə qeydə alınır. 10 nəfərdən 8-i xəstəliyi yüngül keçirir: qızdırma və öskürək. Bədəndə halsızlıq, boğaz və baş ağrılarının görünməsi mümkündür. Amma bunlar olmaya da bilər.
Qızdırma immunitet sisteminin infeksiyaya qarşı reaksiyasından qaynaqlanır. İmmunitet sistemi sitokin adlı kimyəvi maddələr ifraz edərək, bədənimizin digər üzvlərini xəbərdar edir. Bu vaxt ağrılar və qızdırma özünü göstərir.
Koronaviorus öskürəyi başlanğıcda quru olur. Bunun səbəbi yoluxmuş hüceyrələrin qıcıqlanmasıdır. Bəzı xəstələr daha sonra içində virusun öldürdüyü ağciyər hüceyrələri olan bəlğəm çıxmağa başlayır. Bu hallar yataq istirahəti, bol miqdarda maye və parasetamolla aradan götürülə bilir. Bunun üçün xəstəxanaya getməyə ehtiyac yoxdur.
Bu mərhələ təxminən iki həftə davam edir. Bir çox insan immunitet sistemi bu virusu zərərsizləşdirdiyi üçün bu mərhələdə sağala bilir. Amma bəzilərində vəziyyətin ağırlaşması mümkündür.
Mövcud məlumatlara görə, inkubasiya dövrü bu əlamətlərlə müəyyən edilir. Amma yeni məlumatlarda bu mərhələdə burun axıntısı kimi halların göründüyünə də işarə edir.
Ağır hallar
İmmunitet sistemi virusa sərt reaksiya göstərirsə, demək, xəstəlik sürətlə irəliləyir. Bədənə göndərilən kimyəvi siqnallar iltihaba yol açır. Ağır iltihab bütün bədənə zərər verir.
London Kinq Universitetinin professoru Nataliya Makdermit bildirir ki, virus immunitet sisteminin reaksiyasında tarazlığı pozur, ağır ilhitab meydana çıxır. Virusun bunu necə etdiyi hələlik bilinmir. Ağciyərlərdəki iltihab sətəlcəm də adlandırılır. Ağızdan bədənə daxil olan virus nəfəs borusundan ağciyərlərə enəndə kiçik hava kisəcikləri əmələ gəlir.
Qana oksigen qarışdıqdan sonra çölə karbondioksid ifraz olunur. Amma sətəlcəmdə bu kisəciklərin içi su ilə dolmağa başlayır və bu da çətin nəfəs almağa səbəb olur. Bəzi xəstələrin bu mərhələdə süni nəfəs cihazlarına bağlanması lazım olur.
Kritik hallar
Koronavirus xəstəliklərinin 6 faizini kritik hallar təşkil edir. Bu mərhələdə bədən öz funksiyalarını yerinə yetirə bilmir və ciddi ölüm riski ortaya çıxır. Bu mərhələdə immunitet sistemi nəzarətdən çıxır və bütün bədənə zərər verməyə başlayır. Qan təzyiqi təhlükəli səviyyədə aşağı düşdükdən, ya da orqanlar öz fəaliyyətini dayandırdıqdan sonra septik şok baş verə bilir.
Ağciyələrdə ağır iltihab nəticəsində ortaya çıxan kəskin tənəffüs çatışmazlığı səbəbindən lazım olan həcmdə oksigen almaq mümkün olmur. Nəticədə böyrəklər qanu təmizləyə bilmir, bağırsaqların çəpərləri zərər görür.
Virus qarşısıalınmaz səviyyədə ilhtihaba yol açır və orqan çatışmazlığı yaranır. İmmunitet sistemi virusu zərərsizləşdirə bilməsə, virus bədənin bütün üzvlərinə yayılır və ağır nəticələrə yol açır.
Bu mərhələdə intensiv müalicə tələb edir və bu, EMO-nu (Ekstrakorporeal Membranın Oksigenləşməsi) da əhatət edir. EMO-nun müalicəsində ağciyəri müəyyən edilmiş bir cihaz əvəzləyir. Bu cihaz borular vasitəsilə bədəndən qanı alıb oksigenləşməni təmin edərək bədənə geri qaytarır. Amma xəstəliyin ağırlaşdığı hallarda orqanlar bədəni idarə edə bilmir. //teleqraf
 

OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...