“Soğanla sarımsaq koronavirusdan qorumur” — Baş infeksionist
01:04 / 14.03.2020
16955
"Soğan və sarımsaq koronavirusdan qorumur”.
Sfera.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, baş infeksionist Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ
qərargahın brifinqində deyib.
O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:
"Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".