SOCAR və “Rosneft” rəhbərlərinin görüşü olub
20:51 / 12.09.2020
7029
Sentyabrın 11-də SOCAR prezidenti Rövnəq Abdullayevin Moskvaya rəsmi səfəri olub.
Sfera.az xəbər verir ki, SOCAR prezidenti səfərin gedişatında "Rosneft”in baş icraçı direktoru İqor İvanoviç Seçinlə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
Bundan başqa, İ.Seçin SOCAR tərəfindən "Azərbaycanın əməkdar neftçisi" fəxri adına layiq görülüb.