SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir - VİDEO

SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir - VİDEO
 Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, SOCAR-ın dəstəyi ilə "Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub.


Sfera.az report-a istinadən xəbər verir ki, "Azərikimya” Sumqayıt İcra Hakimiyyəti tərəfindən təqdim olunan maddi köməyə ehtiyacı olan ailələrin siyahısı üzrə ərzaq paketlərini ünvanlara birbaşa çatdırır.

Kampaniyada kimyaçılar şəhərinin veteran kimyaçılarına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunur.

Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

"Azərikimya” tərəfindən Sumqayıt şəhəri və ətrafında yaşayan ahıl və aztəminatlı ailəyə ərzaq yardımı bir neçə gün davam edəcək və minlərlə ailəyə yardım edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına və eyni zamanda "evdə qal” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir.




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...