“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2 000 tonadək məhsul istehsalı planlaşdırır

“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2 000 tonadək məhsul istehsalı planlaşdırır
 

Bu ilin may ayında  "SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen  zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2 662 FS polipropilen növü istehsal olunub.

Bunu "Report”un sorğusuna cavab olaraq SOCAR-ın Tədbirlərin Təşkili və İctimaiyyətlə Əlaqələr Departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1 500-2 000 ton həcmində istehsalı planlaşdırılır.

O qeyd edib ki, bazar araşdırması aparılandan sonra nəzərdə tutulan istehsalat həcmləri dəqiqləşdirilib təsdiqlənəcək.

Qeyd edək ki, may ayında "SOCAR Polymer”dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasını istehsal edib.

Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...