SOCAR 2007-2018-ci illərdə Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub

SOCAR 2007-2018-ci illərdə Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub

2007-2018-ci illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Sfera.az report-a istinadla xəbər verir ki, bu barədə şirkətin "Davamlı İnkişaf haqqında” hesabatında qeyd olunub.

Bildirilib ki, 2008-ci ildə "SOCAR Energy Georgia” Gürcüstanın qazlaşdırılmasına ən azı 250 mln. ABŞ dolları sərmayə qoymağı və ən azı 250 min yeni abonentin əlavə edilməsini öhdəsinə götürüb.

Bununla əlaqədar 2018-ci ildə Gürcüstanın qazlaşdırılmasına 41,9 milyon dollar investisiya qoyulub. Bundan başqa, Rustavidə idman meydançasının bərpası, güclü yanğından sonra Borjomi meşəsinin iki hektar ərazisində və Tbilisi şəhərinin Varketili rayonunda "Yaşıl Varketili” sosial aksiyası çərçivəsində ağacların əkilməsinə ümumilikdə 50 640 dollar vəsait xərclənib, maddi dəstək tədbirləri həyata keçirilib.

2017-ci ildə SOCAR, Gürcüstana 1 379,7 milyon kubmetr qaz ixrac edib. 2018-ci ildə bu rəqəm 1,4% artaraq 1 399,7 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti "SOCAR Georgia Petroleum”, "SOCAR Gas Export-Import”, "SOCAR Georgia Gas”, "SOCAR Georgia Gas Distribution”, "Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. "SOCAR, Georgia Petroleum" MMC Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkətinə 115 YDM, 16 xidmət mərkəzi və 5 neft terminalı daxildir.

"SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. "SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.

"SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazın iki qrup istehlakçıya: əhali və enerji istehsalı obyektlərinə çatdırılmasına yönəldilib.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...