“Sky Ekspress”dən krediti yubadan xanıma təhqir: “Sənin nəslini-kökünü…”

“Sky Ekspress”dən krediti yubadan xanıma təhqir: “Sənin nəslini-kökünü…”
 

Bankların, mağazaların borclu müştərilərlə kobud davranması adi hala çevrilib. Kredit borcunun yubanmasına görə müştərilərə zəng edilərək onlarla kobud danışılması halları ilə bağlı şikayətlərin artması da bunu təsdiqləyir. Təqdim etdiyimiz oxucu şikayəti də məhz bu qəbildəndir.

  

"Sky Ekspress” mağazalar şəbəkəsinin Sumqayıt şəhərində yerləşən "Sulh Elektroniks” mağazasından nootbuk alan Gülnarə Cəfərova krediti bir neçə gün gecikdirib.

 

Sfera.az-a danışan şiakəytçinin sözlərinə görə, bu mağazanın daimi müştərisidir və ilk dəfədir ki, müəyyən səbəblərdən kreditin ödənməsi yubanıb. Buna baxmayaraq firmanın problemli kreditlər şöbəsinin əməkdaşı onunla etikadan kənar formada danışıb. Şikayətçi ilə ilk əlaqə saxlayan şirkətin xanım əməkdaşının sözlərinin bəzilərini olduğu kimi diqqətinizə təqdim edirik:

 

"Əlini qulağının dibinə qoyub gözləyirsən, kefin nə vaxt istəyir, onda ödəyəcəksən?”, "Ödənişi etməmək sənin başın üçün deyil!”, "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!”


Gülnarə xanım onunla kobud danışan əməkdaşdan şikayət etmək üçün baş ofislə əlaqə saxlayıb. Lakin nəinki şikayətinə baxılıb, əksinə kobudluq edən əməkdaşa haqq qazandırıblar: "Müdiriyyətimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Hara istəyirsiz şikayət edin, amma sizin üçün yaxşı olmayacaq!”

  

Gülnarə Cəfərova bütün danışıqların telefonunda xüsusi proqram vasitəsilə yazıldığını və dəlil kimi saxladığını bildirib. 

 


OXŞAR XƏBƏRLƏR

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...