“Azərbaycandan göndərilənlər əhalimizin çox ehtiyac duyduğu avadanlıqlardır”- Zelenskinin xanımı
Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşının Prezident seçilməsindən sonra dünya mətbuatının diqqətinə düşmüşdüsə, Rusiya ilə müharibə başlayandan KİV-lərə daha çox müsahibə verməyə, ölkəsinin çətin durumu ilə bağlı çağırışlar etməyə, yardımlar cəlb etməyə başladı. Xanım Zelenskaya Report-a müsahibəsində müharibənin fəsadlarından, ölkəsindəki insanların çətin vəziyyətindən, mədəniyyət abidələrinin dağıdılmasından, özünün digər birinci xanımlarla oxşar və fərqli fəaliyyətindən,