ABŞ və Çin bu məsələdə də qarşı-qarşıya: Son tədqiqatlar GƏRGİNLİYİ ARTIRDI
“COVID-19-un mənşəyi çox güman ki, Çindəki laboratoriyadan qaynaqlanır”. Sfera.az bildirir ki, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib. O, qiymətləndirmənin agentliyin analitiklərinin, o cümlədən alimlərin apardığı araşdırmalara əsaslandığını və bununla bağlı işlərin davam etdiyini söyləyib. Rey FTB-nin gəldiyi nəticəni isə paylaşmayıb. "Bölüşə biləcəyim, məxfi olmayan təfərrüat yoxdur", - o bildirib. FTB direktoru eyni zamanda, Çini qlobal pandemiyanın mənbəyinin