İtirilən siyasi nüfuzu və ictimai etimadı bərpa etmək bəzən mümkünsüz olur
Bakı martın 2-də daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın 120 ölkəsi arasında mühüm siyasi əməkdaşlıq platformasına çevrilən Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə kifayət qədər geniş coğrafiya təmsil olunurdu. Tədbirdə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən Özbəkistan, Bosniya və Hersoqovina, Türkmənistan, İraq və Liviyanın prezidentləri, eyni zamanda, müxtəlif ölkələrin nazir və nazir