İran generalı Azərbaycan və Ermənistanla sərhəd zonaya getdi - SƏBƏB
İranın Keşikçilər Korpusunun komandanı, general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla sərhəd zonaya səfər edib. Sfera.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. General yüksək rütbəli hərbçi əsgərlərlə söhbət edib, onların döyüşə hazırlıq səviyyəsini və mənəvi hazırlığını qiymətləndirib. “Müdafiə təhlükəsizliyi məsələsi soyuq, isti hava, bayram və iş günlərini bilmir. Mümkün qədər ayıq və hazır olmalıyıq. Həmişə bu məsələlərə diqqət yetirin”, - deyə o, qoşuna müraciət