Azərbaycandan Ərdoğana nə qədər səs verildi?
Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin 2-ci turu da başa çatıb. Sfera.az xəbər verir ki, artıq xarici ölkələrdə verilən səslər də sayılmağa başlayıb. Hazırda xaricdə verilən səslərin 7,74 faizi sayılıb. İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 56,33%, Kamal Kılıçdaroğlu isə 43,67% səs toplayıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsləri isə belədir: - Ərdoğana 78,38%, - Kılıçdaroğlu 21,62% səs toplayıb.