Oktyabrda Xəzər İnşaat Həftəsi başlayacaq
19-21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək. Xəzər İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər sırasına bu ildən etibarən daha bir sərgi qoşulacaq. Sfera.az xəbər verir ki, bu il Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük