5 rayonda ağaclar qanunsuz kəsildi - Cinayət işi başlandı
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Göyçay, Bərdə, İmişli, Biləsuvar və Yardımlı rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Araşdırmalar zamanı Göyçay rayonunun Şıxbəy, Bərdə rayonunun Əyricə, İmişli rayonunun Ağaməmmədli kəndlərində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 162-ci kilometrliyində meşə fonduna aid olmayan, habelə