Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb
Bu gün Berlində 20-ci Avropa Polis Konqresinin açılışı olub. Sfera.az Trend -ə istinadən bildirir ki, Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin bu ilki mövzusu "Sərhədsiz Avropa. Azadlıq, mobillik və təhlükəsizlik"dir. İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu