Danışıqların son mərhələsindəyik - Prezident
Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi. Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində anarxiya, xaos yaşanıb, vətəndaş müharibəsi olub, torpaqlarımız işğal edilib: "Belə olan halda Azərbaycan xarici investorlar üçün təhlükəli ölkəyə çevrilmişdi. Belə bir vəziyyətdə xalqımız Heydər Əliyevi dəvət etdi,