AXC-nin 100 illiyi münasibətilə Kiyevdə tədbir keçirildi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, Ukraynadakı diplomatik korpusların, media holdinqlərin rəhbərləri, tanınmış iş adamları, KİV nümayəndələri iştirak ediblər.