Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlama
Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması mövcud bələdiyyələrin inkişafı, maliyyə imkanları, mövqeyi, sosial-iqtisadi həyatda oynadığı roldan asılıdır. Bələdiyyələr inkişaf etdikcə, böyük şəhər bələdiyyələrinin yaradılması da zərurətə çevrilə bilər. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Deputatın fikrincə, Azərbaycanda hazırda yüksək səviyyədə işləyən bələdiyyə yoxdur. Onun sözlərinə görə, mövcud şəraitdə böyük şəhər