Prezident qanunsuz tikililərdən danışdı: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”
"Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir". Sfera.az xəbər verir ki, bu fikirləri dövlət başçısı İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirib. Prezident