“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - İlham Əliyev
"Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi". Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul etdiyi zaman Mingəçevir Su Elektrik Stansiyasında ötən il baş vermiş yanğınla bağlı danışarkən deyib. Prezident sözlərinə əlavə edərək bildirib: "Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri