Karen Şahnazarov: “Revanş haqda xəyallar boş məşğuliyyətdən başqa bir şey deyil”
Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli razılaşma icra olunur, müharibə yoxdur və bu artıq müsbət haldır. Bu sözləri məşhur rusiyalı kinorejissor, "Mosfilm” konserninin idarə heyətinin sədri, ictimai xadim Karen Şahnazarov Caliber.Az -a verdiyi müsahibədə deyib. "Tez-tez ola bilir ki, hətta atəşkəs elan olunandan sonra da, silahlar işə düşür, gərginlik yaşanır. Ancaq burada (Ermənistan-Azərbaycan münaqişəsi zonasında - red.) biz bunu görmürük.