Azərbaycan Prezidenti Beynəlxalq Məhkəmənin çıxardığı qərardan DANIŞDI
"İlk növbədə, mən demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Mən deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balanslaşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusanız, yəqin ki, daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasətimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də, bu, bizim mövqeyimizdir və mən bunu açıq şəkildə bəyan edirəm". Sfera.az