İlham Əliyev nekroloq imzaladı
Prezident İlham Əliyev Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Sfera.az xəbər verir ki, mətndə deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü