Gəlin, birlikdə yaşayaq! - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko qonşu ölkələri sülhü qorumağa və birlikdə harmoniyada yaşamağa çağırıb. Sfera.az BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko qonşu ölkələri dünyanı xilas etməyə səsləyib. "Bu, aktualdır. Mən ilk növbədə qonşulara müraciət etmək istəyirəm: gəlin, birlikdə yaşayaq!” – deyə o bildirib. Belarus dövlət başçısı qeyd edib ki, Pasxa bayramında insanlar Tanrıdan əsas şey – sülh, harmoniya və dostluq diləyirlər. Onun sözlərinə görə, bu, həmişə belaruslara xas olub.