Vilayət Eyvazovla görüşmək istəyənlərin NƏZƏRİNƏ!
Oktyabrın 27-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 26.10.2022-ci il tarixədək yaşadıqları ərazinin