İran “qulağımızın dibində” hansı oyunu oynayır? – Hərbi təlimlərin əsl məqsədi
Dünəndən etibarən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlayıb. Düzdür, hər bir ölkənin hərbi təlimlər keçirmək hüququ var və təlimlərin ölkənin hansı bölgəsində keçirilməsi həmin ölkənin verəcəyi bir qərardır, lakin hərbi təlimlərin məqsədi, keçirilməsi və özlüyündə mesaj ehtiva etməsi də bilinən bir gerçəkdir. Məlum olduğu kimi, İran ötən ilin payızında